Naxçıvan Muxtar Respublikasında Yeni il şənlikləri keçirilib

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi Azərbaycanı və onun Naxçıvan Muxtar Respublikasını daha xoş sabahlara qovuşduracaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dünya azərbaycanlılarına müraciətində dediyi kimi: “Bu il ölkəmiz üçün uğurlu olub. Əminəm ki, 2022-ci il də uğurlu olacaq. Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək”.

Ətraflı: Naxçıvan Muxtar Respublikasında Yeni...

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilib

Dekabrın29-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilmişdir.
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir.
1. 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları 
2. Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi 
4. İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi
5. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
6. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
7. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
8. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı

Ətraflı: Altıncı çağırış Naxçıvan Muxtar...

Xalq-ordu birliyinin ən bariz nümunəsi Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi birlik idi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Naxçıvan şəhərindəki hərbi hissənin əsgər və zabitləri ilə görüş zamanı İqtisadiyyat Naziri Tapdıq Əliyev deyib. Əsgərlərlə görüşüb onlara bayram sovqatı təqdim edən İqtisadiyyat Nazirliyi və “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları  əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ətraflı: Xalq-ordu birliyinin ən bariz...

Muxtar respublika əhalisi ilin bütün fəsillərində keyfiyyətli məhsullarla təmin olunub

Muxtar respublikada qışa ciddi hazırlaşmaq, payız-qış mövsümündə əhalinin tələbatını tam ödəmək üçün görülən tədbirlərin sırasında əhalini təzə meyvə-tərəvəzlə təmin etməyə imkan verən soyuducu anbarların gücündən tam istifadə olunması, bazarda bolluq yaradılması xüsusi yer tutur. Eyni zamanda bu anbarların hər biri yeni iş yerlərinin açılması ilə bərabər, əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının ödənilməsində mühüm rola malikdir.

Ətraflı: Muxtar respublika əhalisi ilin bütün...

Əhalinin ət üzrə istehlakının ödənilməsində balıqçılığın mühüm rolu var

Muxtar respublikada kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu sahədə görülən işlər balıqçılıq təsərrüfatlarının inkişafı üçün də geniş imkanlar açmışdır. Əhalinin ət üzrə istehlakının ödənilməsində balıqçılığın mühüm rolu nəzərə alınaraq son illər ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu sahənin inkişafı məqsədilə 14 layihənin maliyyələşdirilməsinə 672 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilmişdir.

Ətraflı: Əhalinin ət üzrə istehlakının...