Muxtar respublikanın ixrac potensialının artması fonunda sahibkarların beynəlxalq əlaqələri daha da genişlənir

Naxçıvan, 7 yanvar, AZƏRTAC

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Çinarə Balayeva deyib. O qeyd edib ki, istər Azərbaycanda, istərsə də xarici ölkələrdə sahibkarlarımızın istehsal etdikləri məhsulların sərgilənməsi, xarici iş adamları ilə qarşılıqlı münasibətlərin yaradılması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əsas məqsəd yerli məhsullarımızı təbliğ etmək və həmin məhsulların ixrac imkanlarının artmasından ibarətdir.

Ətraflı: Muxtar respublikanın ixrac...

Naxçıvanlı sahibkarların beynəlxalq imkanları artıb

Muxtar respublika iqtisadiyyatının hazırkı inkişaf mərhələsində qarşıda duran vacib vəzifələrdən biri də beynəlxalq tələb və formalara cavab verən yüksək keyfiyyətli məhsulların istehsalının təşkili və regionun ixrac potensialının gücləndirilməsidir. Bu məsələ həm də istənilən ölkənin xarici ticarət tərəfdaşları ilə münasibətlərinin daha sürətlə inkişaf etməsinə, beynəlxalq əməkdaşlığın daha da dərinləşməsinə təsir göstərən əsas faktorlar sırasında yer alır. İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə sahibkarlarımızın istehsal etdikləri məhsulların sərgilənməsi, xarici iş adamları ilə qarşılıqlı münasibətlərin yaradılması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əsas məqsəd yerli məhsullarımızı təbliğ etmək və həmin məhsulların ixrac imkanlarının artmasından ibarətdir.

Ətraflı: Naxçıvanlı sahibkarların beynəlxalq...

Muxtar respublikada ailə təsərrüfatlarına dövlət dəstəyi göstərilib

“Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Ali Məclisi Sədrinin müvafiq sərəncamlarının icrası bu sahənin inkişafına stimul yaratmışdır. 2017-2021-ci illər ərzində 243 ailə təsərrüfatına 3 milyon 185 min 500 manat, 2021-ci ildə 76 təsərrüfata  1 milyon 216 min 400 manat güzəştli kreditlər verilmişdir. Ailə təsərrüfatlarının inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlər iqtisadiyyatın, xüsusilə də aqrar sektorun inkişafına yeni imkanlar yaratmışdır. 

Ətraflı: Muxtar respublikada ailə...

Bu il muxtar respublikadakı soyuducu anbarlara 8713 ton meyvə-tərəvəz tədarük olunub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında iqtisadiyyat naziri Tapdıq Əliyev məlumat verib. Nazir vurğulayıb ki, cari ildə 1436 tonu “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən olmaqla soyuducu anbarlara, ümumilikdə 8713 ton meyvə-tərəvəz məhsulları tədarük olunub.

Ətraflı: Bu il muxtar respublikadakı soyuducu...