Sahibkarlığın inkişafının stimullaşdırılması, öz növbəsində, yeni istehsal sahələrinin yaradılması və müxtəlif iş yerlərinin açılması yolu ilə əhali məşğulluğunun təmin olunmasına gətirib çıxarır. 2021-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən mikro, kiçik və orta sahibkarlara, ümumilikdə, 7 milyon 744 min 378 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Bu dövrdə muxtar respublikada dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına 157 layihə üzrə işlər başa çatdırılmış, yeni yaradılan istehsal sahələrində 660 iş yeri açılmışdır. Məhsullarımızın xarici ölkələrdə təbliği və təşviqi məqsədilə 250 ədəd Naxçıvan məhsulları ixrac kataloqu çap edilmişdir.
Son illər muxtar respublikada özəl sektorun inkişafı sahəsində həyata keçirilən davamlı islahatlarla əlaqədar ən qədim tətbiqi sənət növlərindən biri olan xalçaçılığa diqqət artmışdır. Xalçaçılıq tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olmuşdur. Hər bir xalça toxunduğu yerin təbiəti, onu toxuyan insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Bu mənada xalçaçılığın inkişafı tarixi, mədəni və maddi irsin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 4-də Naxçıvan Biznes Mərkəzində muxtar respublika sahibkarları ilə görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bildirib ki, sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilib, bununla bağlı Tədbirlər Planı təsdiq olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 4-də Naxçıvan Biznes Mərkəzində muxtar respublika sahibkarları ilə görüş keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edib, ümummilli liderimiz Heydər Əliyevin “Biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”,-fikirlərini xatırladaraq deyib: Dahi şəxsiyyət ölkəmizə ikinci rəhbərliyi dövründə sahibkarlığın inkişafını Azərbaycanın strateji yolu kimi müəyyənləşdirib, bu sahədə zəngin qanunvericilik bazası yaradılıb.
Dünən Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Macarıstan biznes-forumu keçirilib.