Bu gün muxtar respublikamızda iqtisadiyyatın hərtərəfli inkişafını təmin etmək, yüksək texnologiyalar əsasında sənayenin davamlı fəaliyyətinə və şaxələndirilməsinə nail olmaq iqtisadi siyasətin əsas məqsədlərindən biri sayılır. Son illər regionumuzda müasir dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini və innovativ istehsalın inkişaf etdirilməsini daha da sürətləndirib. Belə ki, muxtar respublikada iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına da xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, bu sahədə kadr hazırlığının təkmilləşdirilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir.
Muxtar respublikanın əlverişli iqlimi, zəngin bitki örtüyü arıçılığın inkişafını şərtləndirən əsas amillərdəndir. İqtisadi cəhətdən gəlirli olan bu təsərrüfat sahəsi həm də ətraf aləmin və ekoloji mühitin yaxşılaşdırılması baxımından səmərəli hesab olunur. Arıçılıq kənd təsərrüfatının xüsusi diqqət və zəhmət tələb edən sahələrindəndir. Arılara mövsümə uyğun qulluq göstərilməsi, yem ehtiyatının bolluğu, xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin görülməsi bu sahənin inkişafına təsir göstərən faktorlar kimi diqqəti cəlb edir. Bütün bu sadalananlarla yanaşı, arıçılığın inkişafına təkan verən ən mühüm amillərdən biri də göstərilən dövlət qayğısıdır.
İqtisadiyyat Nazirliyinin əməkdaşları “Muzey günləri” çərçivəsində Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyində olublar. Muzeyin bələdçisi muzey haqqında nazirliyin iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, muzey 21 iyul 1981 – ci ildə Azərbaycan hökumətinin “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında” qərarı ilə yaradılmışdır. Muzey, uzun müddət "Hüseyn Cavidin Ev-Muzeyi" adı altında fəaliyyət göstərmişdir. 2015-ci ildə muzeyin adı dəyişdirilərək "Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksi” adlandırılmışdır.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirlərinin davamlı xarakter almasında icrası uğurla reallaşdırılan Dövlət proqramlarının əvəzolunmaz rolu vardır. Bu proqramların icrası istiqamətində görülən işlər Naxçıvanda rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsinə, müxtəlif təyinatlı infrastruktur obyektlərinin yaradılmasına, yeni iş yerlərinin açılmasına və əhali rifahının daha da yaxşılaşdırılmasına xidmət edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın da əsas məqsədi muxtar respublikanın dayanıqlı inkişafının təmin olunmasına imkan verən əlverişli mühit yaratmaqdan ibarətdir. Proqramın icrası istiqamətində kompleks tədbirlər 2021-ci ildə də davam etdirilmişdir.
Bu gün muxtar respublikada həyata keçirilən layihələrin uğur qazanmasında sahibkarların böyük rolu vardır. Belə ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş müvafiq Dövlət proqramlarının icrası ilə əlaqədar özəl sektor qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi Babək rayonunda da bir sıra istiqamətlərdə rəqabətqabiliyyətli istehsal sahələrinin yaradılmasına imkan verib. Dövlət tərəfindən sahibkarlığın inkişafına hesablanmış tədbirlər 2021-ci ildə də davam etdirilib. Görülən məqsədyönlü tədbirlər nəticəsində ötən il rayonda istehsal və emal sahələrinin sayı artıb, yeni sahibkarlar sinfi formalaşıb.