Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində “Mülki müdafiə, fövqəladə hallardan qorunma, yanğın təhlükəsizliyi, dəm qazı ilə zəhərlənmə zamanı davranış və fəaliyyət qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Son illərdə Naxçıvan Muxtar respublikasında özəl sektorun əsas istiqaməti kimi sənayeləşmə siyasəti geniş miqyasda həyata keçirilmiş, yüzlərlə sənaye müəssisəsi inşa edilmiş, bu sahədə güclü potensial yaradılmışdır. Sənayeləşmə iqtisadiyyatın prioritetlərindən birinə çevrilmişdir.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin əməkdaşları Babək Rayon İcra Hakimiyyəti ilə birgə rayonunun Kültəpə kəndində fəaliyyət göstərən ailə təsərrüfatçıları ilə maarifləndirici görüş keçirib.Tədbirdə qarğıdalı və günəbaxan əkinlərinin əhəmiyyəti və iqtisadi səmərəsi barədə məlumatlar ailə təsərrüfatları nümayəndələrinin diqqətinə çatdırılıb.
Proqramda Naxçıvan şəhərində xalça istehsalı müəssisəsinin yaradılması ilə bağlı tapşırıq nəzərdə tutulmuş, ötən illərdən bu istiqamətdə işlərin icrasına başlanılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində 2021-ci ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının yaradılması başa çatdırılmışdır. Həmin ilin mayın 10-da Azərbaycan Respublikasının Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə filialın açılışı olmuşdur. Həmçinin Ali Məclis Sədrinin 2021-ci il 24 noyabr tarixli müvafiq Sərəncamı əsasında “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması istiqamətində işlərə başlanmışdır. Görülən işlər əhalinin məşğulluğunun təmin olunması sahəsində xalçaçılığın rolunu artırır və eyni zamanda bu sahədə yeni turizm məhsullarının ərsəyə gəlməsinə zəmin yaradır.
Fevralın 9-da - Naxçıvan Muxtar Respublikasının yaranmasının 98-ci ildönümündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Ali Məclisin əməkdaşları Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanı və Muzeyini ziyarət etmişlər.