Ümumi iqtisadi inkişafda xüsusi çəkiyə malik məqamlardan biri də yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsidir. Bu, həm də istənilən ölkənin xarici ticarət tərəfdaşları ilə münasibətlərinin daha sürətlə inkişaf etməsinə, beynəlxalq əməkdaşlığın dərinləşməsinə təsir göstərən əsas faktorlar sırasında yer alır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 19-da Yavər Hacıyevin Naxçıvan Muxtar Respublikası Dövlət Ehtiyatları Agentliyinin direktoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babək rayonunun Sirab kəndində 2013-cü ildən fəaliyyət göstərən “İlham” MMC-nin süd emalı müəssisəsi 2014-cü ildən fəaliyyətini dayandırsa da, dövlətimizin sahibkarlara və özəl bölməyə göstərdiyi diqqət və qayğı sayəsində kreditlərdən yararlanaraq fəaliyyətini yenidən bərpa edib. 8 nəfərin işlə təmin olunduğu müəssisədə südün pasterilizə edilməsi, buxar vasitəsilə hazır vəziyyətə gətirilməsi üçün müasir avadanlıqlar quraşdırılıb, lazımi şərait yaradılıb. Burada “Teymuroğulları” əmtəə nişanı ilə qatıq, ayran, dovğa və xama istehsal olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 16-da "Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Fərman imzalayıb.