Avstriya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ticarət müşaviri Georg Karabazcek: “Naxçıvanın mühiti, təbiəti, habelə turizm potensialı zəngindir”

Avstriya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ticarət müşaviri Georg Karabazcek və Avstriya İqtisadiyyat Palatasının Bakıdakı nümayəndəliyinin rəhbəri Sabir Məmmədov Naxçıvan Muxtar Respublikasına işgüzar səfər ediblər. Səfər çərçivəsində qonaqlar əvvəlcə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşüb, Naxçıvan Biznez Mərkəzi ilə yaxından tanış olublar.

Ətraflı: Avstriya Respublikasının Azərbaycan...

Muxtar respublikada xalq sənəti növlərinin qorunması və təbliği istiqamətində əvəzsiz işlər görülür

Muxtar respublikada xalq yaradıcılığının inkişaf etdirilməsinin daim diqqət mərkəzində olması, dövlətin bu sahəyə göstərdiyi qayğı yerli sənətkarlara yeni yaradıcılıq imkanları verib.  Ötən dövrdə bu istiqamətdə bir çox işlər görülüb, o cümlədən muxtar respublikada xalq yaradıcılığı və sənəti ilə məşğul olan şəxslərin iş şəraitinin öyrənilməsi, onlara lazımi köməkliklərin göstərilməsi, muxtar respublikanın bölgələrində xalq sənətinin müxtəlif sahələri ilə məşğul olan sənətkarların əl işlərindən ibarət satış-sərgilərin təşkil olunması məqsədilə müvafiq qurumlarla qarşılıqlı fəaliyyət təmin edilib.

Ətraflı: Muxtar respublikada xalq sənəti...

2022-ci ilin yanvar-fevral aylarında sahibkarlıq mühiti yaxşılaşdırılıb

2022-ci ilin yanvar-fevral aylarında sənayeləşmə siyasətinə uyğun olaraq istehsal və emal müəssisələrinin yaradılması, həmçinin kiçik və orta sahibkarlığın genişləndirilməsində əhəmiyyətli olan sənaye məhəlləsinin yaradılması davam etdirilmiş, mebel, süd emalı, çörək istehsalı, o cümlədən heyvandarlıq, quşçuluq istixana təsərrüfatlarını əhatə edən 27-si dövlət maliyyə dəstəyi olmaqla 35 istehsal və xidmət sahəsi istifadəyə verilmişdir. Yeni yaradılan sahələrdə 80 iş yeri açılmışdır.

Ətraflı: 2022-ci ilin yanvar-fevral aylarında...