Son illərdə dinamik iqtisadi inkişafı səciyyələndirən əsas cəhətlərdən biri muxtar respublikada sənayenin üstün inkişafının təmin edilməsi olmuş, sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlar qazanılmışdır. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2004-cü ildəki 10,6 faizdən 2021-ci ildə 27,1 faizədək yüksəlmiş, muxtar respublikada 400-dən çox sənaye müəssisəsi fəaliyyətə başlamış, Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlər hesabına ümumi dəyəri 112 milyon 509 min manat olan 279 sənaye layihəsi maliyyələşdirilmişdir.
Muxtar respublikada sənayenin inkişafı diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlər və mövcud şərait bu sahə üzrə sahibkarlığın inkişafına, iri sənaye komplekslərinin və istehsal sahələrinin yaranmasına imkan verir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli müvafiq Fərmanına əsasən Şərur Sənaye Məhəlləsinin yaradılması iqtisadiyyatın və innovativ inkişafın sürətlənməsinə, rəqabətədavamlı məhsul istehsalına töhfə verəcəkdir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri, Türkiyə Respublikasının və İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulları da ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Muxtar respublika iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil. Əhalinin ərzağa olan tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün muxtar respublikada kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırılmış və bu proses davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlılığını təmin edib, bu sahədə yeni sosial layihələrin icrasına hərtərəfli şərait yaradıb.