Ötən il Şərurda 4,4 hektar sahədə tütün yetişdirilib, 9,8 ton yüksək keyfiyyətə malik quru tütün əldə olunub. Məhsuldarlıq hər hektardan 22,3 sentner təşkil edib.
Bu gün muxtar respublika iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə yardımının göstərilməsini təmin etmək məqsədilə verdiyi qərarlar bu sektorun ildən-ilə böyüməsini, istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırır, mütərəqqi texnoloji yeniliklərin, innovativ üsulların tətbiqi imkanlarını genişləndirir. Bu isə, öz növbəsində, muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də bolluq yaradılmasına və rifahın yaxşılaşdırılmasına, həmçinin aqrar sahənin ixrac potensialının artırılmasına gətirib çıxarır. Subsidiyaların ayrılması, güzəştli şərtlərlə gübrələrin verilməsi ilə bərabər, sahibkarlar və ailə təsərrüfatçıları üçün güzəştli kredit imkanları da diqqət mərkəzinə çəkilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Kətə” festivalı aprelin 16-17-də “Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunacaq.Festivalda muxtar respublikanın rayonları və Naxçıvan şəhərindən 230-a yaxın kətə ustası, o cümlədən təsərrüfat subyekti iştirak edəcək. Müxtəlif kətə çeşidləri və Naxçıvan mətbəxinin yaz fəslinə aid digər nümunələrindən-şomu, çiriş, gicitkən, qazayağı, quzuqulağı, göbələk və digər müalicəvi bitkilərdən hazırlanan yeməklər bişiriləcək.
Aprelin 8-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib. Nazirliyin strukturlarının və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclası İqtisadiyyat naziri Tapdıq Əliyev açaraq muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin “Sənaye ili” elan edilmiş 2022-ci ilin birinci rübündə uğurla davam etdirildiyini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018- ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması və davamlı inkişafıdır. Proqramın icrası məqsədilə ötən il Naxçıvan Biznes Mərkəzinin Xalq Yaradıcılığı Emalatxanasında 9, Cəlilkənd buzxanasında 2, Dövlət Xalça Muzeyində 4, Naxçıvan Dövlət Universitetinin “Texnologiya Mərkəzi”nin “Toxuculuq” kabinəsində 46, Naxçıvan Müəllimlər İnstitutunun xalça emalatxanasında 5 xalça toxunmuşdur.