Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadiyyat ixtisasının tələbələri ilə görüş keçirilib.
Sosial-iqtisadi inkişafın ən mühüm istiqamətlərindən birini kənd təsərrüfatı təşkil edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ərzaq təhlükəsizliyinin və əhali rifahının təmin olunması baxımından olduqca böyük əhəmiyyətə malikdir.
Muxtar respublikada 2022-ci ilin yanvar-fevral aylarında 379 milyon 91 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 818,6 manat olmuşdur.
İnsanlarda ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa məhəbbət hissi oyadan Novruz bayramının hər il Naxçıvan Muxtar Respublikasında quruculuq, əmin-amanlıq və sabitlik şəraitində qeyd olunması ümummilli liderimiz Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Artıq iki ildir ki, milli birliyimizin təcəssümü olan Novruz bayramı həm də Zəfər ovqatı ilə qarşılanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir”.
Xalqımızın əziz bayramı Novruz hər il muxtar respublikada xüsusi təntənə ilə qeyd olunur, xalq yaradıcılığı günləri keçirilir. Ənənəvi Novruz şənliyi bu il xalqımızın qəhrəmanlıq tarixini yaşadan "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcəkdir.