İnsan sağlamlığının qorunması tibbi xarakterli tədbirlərin təşkili qədər keyfiyyətli ərzaq məhsulları ilə təminatdan da əhəmiyyətli dərəcədə asılıdır. Yerli xammal hesabına fəaliyyət göstərən istehsal müəssisələrinin sayının artması bir tərəfdən keyfiyyətli və ucuz məhsulların istehsalına, digər tərəfdən isə əhalinin maddi rifahının yaxşılaşdırılmasına xidmət edir. Aqrar sahədə qəbul olunan Dövlət proqramlarının icrası, güzəştli şərtlərlə kreditlərin verilməsi, müasir infrastrukturun yaradılması kənd təsərrüfatının müxtəlif istiqamətlərinin, xüsusilə də əkinçiliyin inkişafına əlverişli şərait yaradır, bol məhsul istehsalına və daxili bazarın tələbatının ödənilməsinə səbəb olur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq təsərrüfat ayı olan martda təmizlik, abadlıq, yaşıllaşdırma və təsərrüfat işləri, eyni zamanda milli-mənəvi dəyərlərimizlə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” 2022-ci il 28 yanvar tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində Xocalı soyqırımının otuzuncu ildönümü münasibətilə tədbirlər keçirilir.
Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət etmiş, abidə önünə güllər qoymuş, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişdir.
Son illərdə aparılan məqsədyönlü tədbirlər, iqtisadiyyatın bütün sahələrinin, xüsusilə sənayenin davamlı inkişafına yönəlmiş inkişaf strategiyasının düzgün seçilməsi, dövlət proqramlarının vaxtında və uğurlu icrası muxtar respublikada ümumi daxili məhsulun və onun adambaşına düşən hissəsinin ilbəil artımına səbəb olmuşdur. Sahibkarlığın inkişafı üçün yaradılan hərtərəfli şərait, maliyyə resurslarına sərbəst çıxış imkanları, bu sahədə qanunvericilik bazasının gücləndirilməsi, əlverişli investisiya və biznes mühitinin formalaşmasının nəticəsidir ki, hər il rəqabətədavamlı məhsul istehsal edən müəssisələr istifadəyə verilir, yeni iş yerləri yaradılır, ixracyönümlü məhsul istehsalı artır, ixrac bazarlarının coğrafiyası genişlənir.
Muxtar respublika əhalisi 463 min nəfər təşkil edir ki, bunun da 65 faizi, yəni 299 min nəfəri kəndlərdə yaşayır. Kənd əhalisinin isə 66 faizi, yəni 197400 nəfəri iqtisadi cəhətdən fəal əhali hesab olunur. Kənd təsərrüfatında çalışanlar isə əsasən bir sıra ənənəvi sahələr hesab edilən heyvandarlıq, əkinçilik, bağçılıq, arıçılıq və bir sıra əl işləri ilə məşğul olurlar. Bununla yanaşı son illər dövlət tərəfindən aparılan ardıcıl tədbirlər sayəsində formalaşan ailə təsərrüfatları öz potensialları və maddi imkanları hesabına kommersiya fəaliyyəti ilə məşğul olurlar.