Novruz bayramı ilə əlaqədar yarmarka olacaq

Naxçıvan şəhəri, Xətai küçəsində yerləşən Mərkəzi Bazarda və rayon mərkəzlərində martın 14-dən 20-dək ailə təsərrüfatı, sənaye və kənd təsərrüfatı məhsullarının satış yarmarkası  keçiriləcəkdir. Yarmarkanın keçirilməsində məqsəd həm əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda süni qiymət artımının qarşısının alınmasıdır. 

Ətraflı: Novruz bayramı ilə əlaqədar yarmarka...

İxrac ilinin uğurlu nəticələri

 Muxtar respublikanın çoxşaxəli iqtisadiyyatı, özəl sektorun durmadan inkişafı, regionun iqtisadi nüfuzu və yerləşdiyi əlverişli coğrafi şərait də xarici ticarət əlaqələrinin həcminin və miqyasının artmasına böyük imkan yaradıbdır. Qeyd edə bilərik ki, region bir yandan təbii enerji resursları, digər yandan isə, sənayenin inkişafı sahəsində son illərdə dünya ölkələri ilə iqtisadi və ticarət əlaqələrini yüksək səviyyədə inkişaf etdirməyə nail olubdur.

Ətraflı: İxrac ilinin uğurlu nəticələri

Xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin iştirakı ilə fevralın 4-də sahibkarlarla keçirilən görüşdə dövlət orqanlarına sabibkarlıq subyektlərinin dəstəklənməsi, idxal olunan böyük həcmli malların yerli istehsalının təşkil olunmasına köməklik göstərilməsi, ixrac imkanlarının genişləndirilməsi ilə bağlı tapşırıqlar verilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, martın 4-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə xarici iqtisadi fəaliyyətlə məşğul olan biznes subyektləri ilə görüş keçirilib.

Ətraflı: Xarici iqtisadi fəaliyyət...

Müəssisədə keyfiyyətli ət və ət məhsulları istehsal edilir

“Sənaye ili” – 2022

    Muxtar respublikamızda sahibkarlıq mühitinin formalaşması, iş adamları üçün əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter alıb. Bunun  nəticəsində əhalinin ərzaq təhlükəsizliyi təmin olunub.  İllər öncə ət məhsullarına olan tələbatımızı  ödəmək, dadlı-tamlı bir məhsul əldə etmək üçün muxtar respublikadan kənara çıxırdıqsa, indi bunun tamam əksini görürük. Daxili bazarda yüksəkkeyfiyyətli ət məhsulları istehsal edilir. Naxçıvanda istehsal olunan ət məhsulları respublikamızda və qonşu ölkələrdə adla deyilir. Artıq Naxçıvan brendlərinin arasında qovurma ilə yanaşı, burada istehsal edilən kolbasanın da adı çəkilir. Belə müəssisələrdən biri, “Gəmiqaya Ət Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti də dövlət qаyğısındаn bəhrələnmişdir.

Ətraflı: Müəssisədə keyfiyyətli ət və ət...

Muxtar respublikada sənayeləşmə prosesi sürətləndirilib

Sənaye istehsalı iqtisadi tərəqqinin əsas aparıcı qüvvəsi hesab edildiyi üçün muxtar respublikada bu sahənin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü iş aparılır. Həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini ötən il daha da sürətləndirmiş, dinamik inkişaf qorunub saxlanılmışdır.  2021-ci ildə muxtar respublikada 1 milyard 69 milyon 655 min 700 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1,7 faiz üstələmişdir.

Ətraflı: Muxtar respublikada sənayeləşmə...