Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “Sənaye ili” elan edilmiş 2022-ci ilin ilk rübündə də davam etdirilmişdir.
Cari ilin ilk rübündə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 570 milyon 384 min 400 manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2 faiz artaraq 1231,4 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 53,8 faiz təşkil etmişdir.
İqtisadi inkişafın lokomotivi sayılan sənayenin inkişafının muxtar respublikamızda yeni mərhələyə qədəm qoyması, bu sahədə uzun illər aparılan islahatlar, yeni yaradılan istehsal müəssisələri və bununla həm də məşğulluğun təmin edilməsi belə deməyə əsas verir ki, bir vaxtlar aqrar region kimi tanınan qədim diyarımız artıq güclü sənaye potensialı olan bir məkana çevrilib. Fevralın 4-də Naxçıvan Biznes Mərkəzində muxtar respublika sahibkarları ilə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bununla əlaqədar bildirdi ki, sənayenin uğurlu inkişafı birbaşa sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Məhz bu səbəbdəndir ki, muxtar respublikada istehsal edilən sənaye məhsulunun 93 faizi özəl bölmənin payına düşür. Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilmiş, bununla bağlı Tədbirlər Planı təsdiq olunmuşdur.
Xəbər verdiyimiz kimi, 16-17 aprel tarixlərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ənənəvi “Kətə festivalı” keçirilib. Festivalın ikinci günündə sakinlər və turistlər ailə təsərrüfatları tərəfindən hazırlanan mətbəx nümunələrinə böyük maraq göstəriblər.
Bu gün muxtar respublika iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Təkcə bu ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinə 37 layihə üzrə 5 milyon 414 min manat güzəştli kredit verilmişdir ki, bunun da 540 min 500 manatı kənd təsərrüfatının inkişafı üçün ayrılmışdır.
Sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi məqsədilə hər bir rayonun istehsal potensialından səmərəli istifadə etməklə sahibkarlığın inkişaf etdirilməsi mühüm şərtdir.