Prezident İlham Əliyev aprelin 25-də Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən “Naxçıvan” Universitetinin “İqtisadiyyat” ixtisası üzrə III kurs tələbələrinin Naxçıvan Biznes Mərkəziilə əyani şəkildə tanışlığı təşkil olunub.
25 aprel Sahibkarlar Günü münasibətilə Naxçıvan Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumları, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 47 sahibkar iştirak edib. Tədbirdə iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək muxtar respublikada innovativ əsaslı iqtisadiyyatın inkişafının təmin edilməsi, özəl sektorun stimullaşdırılması, yüksək əlavə dəyər yaradan və ixraca yönələn məhsul istehsalının genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Bu gün ölkə iqtisadiyyatında sahibkarların rolunun artırılmasına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Sahibkarlar Günü"nün təsis edilməsi haqqında 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda "Sahibkarlar Günü" kimi qeyd edilir. "Sahibkarlar Günü"nün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Sənaye istehsalı iqtisadi tərəqqinin əsas aparıcı qüvvəsi hesab edildiyi üçün muxtar respublikada bu sahənin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü iş aparılır. Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün bildiyiniz kimi, 2022-ci il Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” elan edilmişdir.