Xalçaçılıq kursu başa çatıb

Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında ixtisaslı kadr hazırlığının diqqətdə saxlanılması, ali, orta ixtisas və peşə təhsili müəssisələri ilə istehsalat müəssisələri arasında əlaqələrin genişləndirilməsi, peşə kurslarının təşkili yeni vəzifələr kimi müəyyənləşdirilib. 

Ətraflı: Xalçaçılıq kursu başa çatıb

Novruzun gəlişi ilə əlaqədar ənənəvi bayram yarmarkaları təşkil olunur

Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda bu il də  təşkil edilən bayram yarmarkasına 20 sənaye müəssisəsi, 181 ailə təsərrüfatı tərəfindən keyfiyyətli məhsullar çıxarılıb. Yarmarkaya çıxarılan mövsümi səbzə-tərəvəz, ət və ət məhsulları, şirniyyat, mineral sular, meyvə araqları və şərablar, hinduşka, qaz, ördək,  toyuq əti, balıq, quru meyvələr, təbii şirələr, və digər məhsullar çeşidi və keyfiyyəti ilə seçilir.

Ətraflı: Novruzun gəlişi ilə əlaqədar ənənəvi...

İstehlakçı hüquqlarının müdafiəsi ümumi inkişafa paralel olaraq təkmilləşdirilir

15 mart Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür

    Hər il martın 15-i ölkəmizdə “Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü” kimi qeyd olunur.
    İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz ulu öndərimizin təşəbbüsü ilə 1995-ci il sentyabrın 19-da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, bu sahədə hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər həyata keçirilmişdir. Hazırda ölkəmizdə bütün sahələrdə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görülür.

Ətraflı: İstehlakçı hüquqlarının müdafiəsi...

Muxtar respublikada aqrar sahə uğurla inkişaf etdirilir

Bu gün muxtar respublika iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin kənd təsərrüfatı məhsulları istehsalının səmərəsini artırmaq, bu məhsulların istehsalçılarına dövlət tərəfindən maliyyə yardımının göstərilməsini təmin etmək məqsədilə verdiyi qərarlar bu sektorun ildən-ilə böyüməsini, istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırır, mütərəqqi texnoloji yeniliklərin, innovativ üsulların tətbiqi imkanlarını genişləndirir. Bu isə öz növbəsində muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də bolluq yaradılmasına və rifahın yaxşılaşdırılmasına, həmçinin aqrar sahənin ixrac potensialının artırılmasına gətirib çıxarır. Subsidiyaların ayrılması, güzəştli şərtlərlə gübrələrin verilməsi ilə bərabər, sahibkalar və ailə təsərrüfatçıları üçün güzəştli kredit imkanları da yaradılmışdır.

Ətraflı: Muxtar respublikada aqrar sahə uğurla...