Birləşmiş Millətlər Təşkilatının 20 dekabr 2018-ci il tarixli qərarı ilə 7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi təsis edilib. Ölkəmizdə qida təhlükəsizliyi məsələsi milli prioritetlər səviyyəsində daim diqqətdə saxlanılmaqdadır. Belə ki, qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının gücləndirilməsi, əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatı, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması əsas vəzifələrdən biri kimi müəyyən edilmişdir. Ümummilli lider Heydər Əliyev ölkəmizdə yeyinti məhsullarının keyfiyyətinin idarə edilməsi, istehsalının və bazarının təşkili, əhalinin qida və ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində ardıcıl tədbirlər görmüş, bu sahədə qanunvericilik bazası yaradılmışdır.
Yazın ilk yeyilən meyvələrindən biri olan göycənin, sözün əsl mənasında, vətəni olan Naxçıvanda meyvəçiliyin inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər illərdir ki, bəhrələrini verməkdədir. Hər il keçirilən ənənəvi “Göycə” festivalına Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsullarının, o cümlədən göycədən hazırlanan əl işlərinin sərgi-satışının təşkili Naxçıvanın brend məhsulu olan göycənin tanıdılmasına xidmət edir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən növbəti “Göycə” festivalında bir neçə qonaq və təsərrüfatçı ilə həmsöhbət olduq.
Türkiyə Respublikasının Şərqi Anadolu İxracatçılar Birliyi İdarə Heyətinin sədri Əthəm Tanrıverdinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. Heyət səfər çərçivəsində Naxçıvan Biznes Mərkəzi, “Ləzzət Biskvit və Şokalad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Badamlı” Mineral Sular Zavodu ilə tanış olublar.
Xalq tətbiqi sənətinin mühüm qolu olan xalçaçılığın xalqımızın milli mədəniyyət tarixində özünəməxsus yeri var. Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə mədəni irsin, o cümlədən xalçaçılığın inkişafına xüsusi qayğı göstərmişdir. Bu siyasəti uğurla davam etdirən Prezident cənab İlham Əliyevin 2016-cı il 5 may tarixli Sərəncamına əsasən “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, bölgələrdə “Azərxalça” ASC-nin filialları açılmışdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 1-də - Milli Qurtuluş Günü ərəfəsində “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 1-ci Sərhəd Komendantlığının xidməti-yaşayış kompleksi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib.