“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada sahibkarlıq inkişaf etdirilir, yeni müəssisələr yaradılır, tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. 2021-ci ilin dekabrından istifadəyə verilən “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyəti ötən dövrdə fəaliyyətini genişləndirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 19 noyabr tarixli Sərəncamına əsasən hər il iyunun 24-ü Azərbaycanda maşınqayırma sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Azərbaycanda sənayeləşmə siyasətinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrdə neft maşınqayırma kompleksi, dərin özüllər, məişət kondisionerləri, elektron hesablama maşınları zavodları istifadəyə verilmişdir. Sənaye sahələrinin şaxələnməsi həyata keçirilərək neft maşınqayırması ilə yanaşı, dəzgahqayırma, elektrotexnika və elektronika, cihazqayırma, yol-inşaat maşınları və digər sahələr inkişaf etdirilmişdir.
Muxtar respublikada 2022-ci ilin yanvar-may aylarında 1 milyard 50 milyon 572 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 1,8 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 2267,1 manat olmuşdur.
Prezident İlham Əliyev iyunun 22-də "Dövlət qulluqçularının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikasında çalışan dövlət qulluqçuları da vardır.
Naxçıvanda əkinçiliyin vacib sahəsi olan dənli bitkilərin, xüsusilə taxıl və qarğıdalının istehsal həcminin intensiv metodlarla artırılmasına mühüm əhəmiyyət verilir. Əkin sahələrində aparılmış müşahidələr göstərir ki, bu il taxıl zəmilərində bol məhsul yetişdirilib. Əvvəlki illərdən fərqli olaraq taxıl biçininə daha tez başlanılıb. Eyni zamanda, məhsulun vaxtında və itkisiz yığılması məqsədilə taxıl biçini kampaniyasına hazırlıq işləri yüksək səviyyədə başa çatdırılıb, sahələrə kifayət qədər texnikalar cəlb olunub.