Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması, sənaye müəssisələrinin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi “Sənaye ili” elan edilmiş 2022-ci ilin ötən dövrü ərzində də davam etdirilmişdir. Şərur rayonunda da innovativ və müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye məhsulu istehsalının genişləndirilməsi, bu sahədə sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədilə Şərur Sənaye Məhəlləsinin yaradılması istiqamətində işlər davam etdirilir.
Bu gün Bakı şəhərində yerli məhsulların və xidmətlərin tanıdılması məqsədi ilə “Partners and Business Baku 2022”sərgisi öz işinə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Dövlət Məşğulluq Agentliyi və "Marsol" MMC-nin birgə təşkilatçılığı ilə keçirilən sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər tərəfindən xidmətlər, idxal, ixrac və istehsal olunan məhsullar nümayiş olunur.
Özünüməşğulluq proqramının icrası istiqamətində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 31 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib. Bu ailələrin üzvlərindən 18 nəfərin hər birinə 2 baş iribuynuzlu, 4 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 4 nəfərə otbiçən aqreqat, 3 nəfərin hər birinə 10 yeşik arı ailəsi və ləvazimatları, 1 nəfərə inkubator və quş tükü təmizləyən aparat, 1 nəfərə isə bərbər-manikürçü avadanlıqları və ləvazimatları verilib. Eyni zamanda təsərrüfatını nümunəvi inkişaf etdirən bir nəfər həvəsləndirmə tədbirlərinə cəlb olunub və ona arpa-buğda qıran aqreqat verilib.
Muxtar respublikamızın ən iri istehsal müəssisələrindən olan Naxçıvan Avtomobil Zavodu fəaliyyətini uğurla davam etdirir. Zavodda hazırda yeni “FAW T-33” və “T-77” modellərinin yığımı həyata keçirilir.
Müasir dövrdə inkişaf etmiş ölkələrdə özəl sektorun əsası ailə təsərrüfatları və belə təsərrüfatların əsasını təşkil edən ailə biznesi üzərində qurulub. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemlərini həll etdiyindən, əhali gəlirlərinin artmasına müsbət təsir göstərdiyindən son illərdə muxtar respublikamızda da ailə təsərrüfatlarının inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilir. Belə ki, ailə təsərrüfatlarına dəstək məqsədilə “Ailə təsərrüfatı məhsulları” festivalları və yarmarkaları keçirilir, müvafiq dövlət qurumları tərəfindən ailələrdə istehsal olunan məhsulların qablaşdırılmasına, satışına köməklik edilir.