İyulun 16-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilmişdir.
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir.
1. 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
3. “Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
4. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi.
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Muxtar respublikada kənd əhalisinin başlıca məşğulluq istiqamətlərindən olan meyvəçiliyin və tərəvəzçiliyin inkişafına yönələn kompleks tədbirlər cari ilin 6 ayı ərzində davam etdirilib. Görülən işlərin səmərəliliyinin artırılmasında “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın mühüm rolu vardır. Cari ilin 6 ayı ərzində Dövlət proqramının icrası ilə bağlı ailə təsərrüfatçıları ilə təşkil olunan görüşlərdə meyvələrdən lavaşa, meyvə arağı, sirkə, gülab, qızılgül mürəbbəsi istehsalı sahələri olmaqla ümumilikdə 8 layihənin təqdimatı keçirilmişdir. Təqdimatlar zamanı qeyd edilən layihələrin reallaşdırılması ilə bağlı nəzərdə tutulan güzəştlər barədə ətraflı məlumat verilmişdir.
Muxtar respublikada ixracyönümlü müəssisələrin yaradılması və ixracın daha da genişləndirilməsi son illərin iqtisadi hədəflərindən biri kimi qarşıya qoyulub. Bu məqsədlə mövcud istehsal sahələrinin genişləndirilməsi və ixracyönümlü istehsal müəssisələrinin yaradılması davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu il 13 sentyabr tarixli Fərmanı ilə Şərur Sənaye Məhəlləsinin yaradılması Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının daha da şaxələndirilməsi və ixrac potensialının artırılması istiqamətində atılmış mühüm addımdır.
Muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlər bütün bölmələrdə olduğu kimi, sahibkarlıq sektorunda da yüksək inkişaf göstəricilərinin qeydə alınmasına səbəb olmuşdur. Dövlətin sahibkarlara maliyyə dəstəyinin gücləndirməsi və sahibkarlığa başlamaq istəyənlərə əlverişli imkanların yaradılması bu sahədə inkişaf meyillərinin müşahidə olunması ilə nəticələnmişdir. Bu tendensiya həm sahibkarlıqla məşğul olmaq istəyənlərin sayının, həm də həyata keçirilən investisiya layihələrinin miqyasının genişlənməsini stimullaşdırmışdır.