Sənaye iqtisadiyyatın dinamik inkişaf edən və qlobal çağırışlara uyğun olaraq daim yenilənən, yeni yanaşma və mexanizmlərə açıq olan sahəsidir. Həyata keçirilən dövlət dəstəyi tədbirləri, o cümlədən güzəştli kreditin verilməsi nəticəsində bir sıra sənaye məhsulu üzrə idxaldan asılılıq azalmış, bəziləri üzrə isə ixrac potensialı yaranmışdır.
“Sənaye ili” elan edilmiş 2022-ci ilin birinci yarımili ərzində ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 363 milyon 982 min manatdan artıq olmuşdur ki, bu da bir il öncəki göstəricidən 2,2 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 2942 manatı ötmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində ötən il muxtar respublikada ərzaq məhsulları istehsal edən müəssisələr modernləşdirilib, bu sahədə yeni müəssisələrin yaradılması diqqət mərkəzində saxlanılıb, yeni anbarların qurulması, sahibkarlıq subyektlərinə dövlət maliyyə dəstəyinin göstərilməsi və digər tədbirlər həyata keçirilib.
Muxtar respublikamızda özəl sektor çoxşaxəlidir və onun ölkə iqtisadiyyatındakı çəkisi sürətlə artır. Məhz bütün bunların nəticəsi kimi, bu gün muxtar respublikada sahibkarlıq inkişaf dinamikasına malikdir və özəl sektor öz məhsulları ilə daxili bazarı təmin edir, eyni zamanda, bu məhsulların ixrac potensialı da ilbəil artır.
Avqustun 6-da şəhid ailəsinə və qazilərə yeni mənzillərin və avtomobillərin, qüsursuz xidmət etmiş hərbi qulluqçuya yeni mənzilin, Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc istedadlara xüsusi aylıq təqaüdünün təqdimat mərasimi keçirilib.