Muxtar respublikanın arıçılıq məhsulları Arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkasında nümayiş olunur

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 1-dən etibarən Bakı şəhərində ənənəvi Arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılacaq bütün  məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb. Bu  il keçirilən yarmarkada növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edir. Hər arıçı yarmarkaya maksimum 400 kiloqram  bal və 30 ədəd arı şanı satışa çıxarıb.

Ətraflı: Muxtar respublikanın arıçılıq...

Şərur rayonunda yeni istehsal sahələri yaradılması uğurla davam etdirilir

Bu gün muxtar respublikamızın elə bir bölgəsini tapmaq olmaz ki, orada digər sahələrlə yanaşı, sahibkarlıq da diqqət və qayğı ilə əhatə olunmasın. Bunun da nəticəsində daxili bazar qorunur, əhalinin müxtəlif məhsullara olan təlabatı yerli istehsal hesabına ödənilir, yeni iş yerləri açılır. Bu da, öz növbəsində, məşğulluq probleminin aradan qaldırılmasını təmin edir. Özəl bölmənin, sahibkarlıq fəaliyyətinin inkişafı daxili bazarın yüksək keyfiyyətli yerli məhsullarla təmin edilməsinə əlverişli şərait yaratmaqla bərabər, xaricdən idxal olunan və mənşəyi məlum olmayan keyfiyyətsiz məhsulların muxtar respublikamıza gətirilməsinin qarşısını alır. Bundan başqa, yerli məhsulların xarici bazarlara çıxarılmasına geniş imkanlar açır, nəticə etibarı  ilə əlavə maliyyə vəsaitinin muxtar respublikamıza daxil olmasına şərait yaradır.

Ətraflı: Şərur rayonunda yeni istehsal...

Naxçıvan Dövlət Universitetində tələbələrlə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetində “İqtisadiyyat” fakültəsinin tələbələri ilə görüşü olub. “İqtisadi təhlil və proqnozlaşdırma” şöbəsinin əməkdaşı Aqibət Əliyev çıxış edərək görüşün Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il iyunun 25-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq təşkil edildiyini bildirib.

Ətraflı: Naxçıvan Dövlət Universitetində...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi istedadlı qadınların əl işlərindən ibarət sərgi ilə tanış olub

Heydər Əliyev Sarayında istedadlı qadınların və məhdud fiziki imkanlıların əl işlərindən ibarət sərgi-satışa ayrı-ayrı kollektivlərin də marağı böyükdür. Bu gün Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin  kollektivi sərgi-satışla tanış olub, müxtəlif  hədiyyəlik əl işləri alıblar.

Ətraflı: Naxçıvan Muxtar Respublikası...

Xalçaçılığın inkişafına hesablanmış Dövlət Proqramı icra olunur

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” xalqımızın milli dəyərlərindən sayılan xalçaçılığın yaşadılmasına, geniş  şəkildə təbliğinə, eləcə də  özəl sektora öz töhfəsini verməkdədir.

Ətraflı: Xalçaçılığın inkişafına hesablanmış...