Naxçıvan Muxtar Respublikasında da qida təhlükəsizliyinin təmin edilməsi dayanıqlı inkişaf amili kimi daim diqqətdə saxlanılır. Təcrübə göstərir ki, qida təhlükəsizliyini təmin edən etibarlı sistem yaradıldıqda bu, ümumi iqtisadi artıma, kənd təsərrüfatı və sənayenin inkişafına, ixrac potensialının artırılmasına və turizmin genişlənməsinə mühüm təsir edən faktora çevrilir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən Avropa İttifaqının nümayəndə heyətinin muxtar respublikamıza işgüzar səfəri çərçivəsində qonaqlar əvvəlcə Naxçıvan Dövlət Universitetində olublar. Ali təhsil ocağının ERASMUS layihəsi çərçivəsində Avropa İttifaqına üzv olan ölkə universitetləri ilə beynəlxalq əməkdaşlığı yüksək dəyərləndirilib. Sonra qonaqlar “Naxçıvanqala Tarix-Memarlıq Muzey” Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalı ilə yaxından tanış olublar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalına start verilib. Festivala çıxarılan məhsulların çeşid zənginliyi və qiymətlərin münasib olması ailə təsərrüfatçıları və alıcılar tərəfindən razılıqla qarşılanır.
Görüşdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev muxtar respublikanın sosial-iqtisadi inkişafı haqqında məlumat verib. Naxçıvanın əsasən makroiqtisadi göstəricilərini diqqətə çatdıran nazir qeyd edib ki, bu gün muxtar respublikada 1136 kiçik və iri istehsal sahələri fəaliyyət göstərir. Bunlardan 497-si sənaye, 639-u kənd təsərrüfatı təyinatlı sahələrdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunur. Ötən şənbə günü Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi Milli Dəyərlər Muzeyində olublar.