İqtisadiyyat Nazirliyində tələbələr ilə görüş keçirilib

Bu gün istehsalat təcrübəsini uğurla başa vuran tələbələrlə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat  Nazirliyində görüş keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat  naziri Tapdıq Əliyev açaraq qeyd edib ki, müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsi ixtisaslı kadr hesab olunur. Ona görə də iqtisadiyyatın müxtəlif sahələri üzrə praktik bilik və bacarıqlara yiyələnmiş kadrlara tələbat artır. Bu tələbatı ödəmək məqsədilə kadr hazırlığına diqqət artırılacaq, qarşılıqlı əməkdaşlıq imkanlarından daha səmərəli istifadə ediləcəkdir. 

Ətraflı: İqtisadiyyat Nazirliyində tələbələr...