Dekabrın 23-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini muxtar respublikanın ictimaiyyətinə təqdim edib.Tədbirdən əvvəl Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Yeni il ərəfəsində - dekabr ayının 24-dən 30-dək Naxçıvan şəhəri Xətai küçəsində yerləşən Mərkəzi Bazarda bayram yarmarkası təşkil olunacaq.
Ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi olan muxtar respublikada aqrar sahənin inkişafı, bu sahədə dönüş yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu istiqamətdə mühüm qərarlar qəbul edilmiş, Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmış, aqrar münasibətlər formalaşmışdır. Bu gün ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişafı diqqətdə saxlanılır, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür, mühüm Dövlət proqramları qəbul edilir.
Naxçıvan Muxtar Respublikasının ən böyük bölgəsi olan Şərur rayonunda ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətində görülən tədbirlər davam etdirilir. Dövlət proqramlarının uğurlu icrası və həyata keçirilən tədbirlər nəticəsində inkişaf təmin olunub, daxili bazarlarda məhsul bolluğu yaranıb. Məhsul istehsalçılarının müasir kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı diqqət mərkəzində saxlanılıb. Bütün bunlar aqrar sahənin inkişafına öz müsbət təsirini göstərməkdədir.
Naxçıvan Universitetinin İqtisadiyyat Nazirliyinə hamiliyə verilmiş tələbələri ilə növbəti görüş keçirilib. Görüşdə İqtisadiyyat Nazirliyinin “Sahibkarlığın inkişafı”şöbəsinin müdiri Xudakərim Məmmədov və “İnvestisiyaların təşviqi və ixraca dəstək” şöbəsinin müdiri Orxan Abdinov çıxış ediblər.