Yanvarın 30-da Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb. Tapdıq Əliyev rəsmi qonağı salamlayaraq, onu yeni təyinatı ilə bağlı təbrik edib.
Naxçıvan ərazisi təbii sərvətlərlə olduqca zəngindir. Tarixi min illərə dayanan duzçıxarma mədəniyyəti isə bu gün də davam etdirilir.
Muxtar respublikada sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyi daha da artırılacaq. Bu da muxtar respublikaya sahibkarların daha çox maraq göstərməsinə, investorların cəlbinə münbit şərait yaradacaq.
"Naxçıvanın Türkiyə və İranla sərhədinin olması iş adamları, ticarətimiz və iqtisadiyyatımız üçün əlavə imkanlar açır və biz bu imkanlardan tam istifadə etmək niyyətindəyik".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İctimai TV-yə müsahibəsində deyib.
Yanvarın 20-dən 29-dək Berlin şəhərində “Beynəlxalq Yaşıl Həftə – 2023” kənd təsərrüfatı və qida sərgisi açılıb.
Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (Azpromo) nümayəndələri ilə yanaşı, Azərbaycan şirkətləri iştirak edir.