Naxçıvanda sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyi daha da artırılacaq ki, bu da investorların cəlbinə münbit şərait yaradacaq. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun inkanlarından istifadə edilir.
Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının qabaqcıl şirkətlərindən “Cahan Holdinq”in tərkibindəki “Cahan Sənaye Kompleksi” Özbəkistana məhsul ixrac edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 24-də “Cahan Sənaye Kompleksi” adından Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov və Özbəkistanın “Azimut Plus” şirkətinin direktoru Şayusupov Maxmudjon bununla bağlı saziş imzalayıblar. Müqaviləyə əsasən, “Cahan Sənaye Kompleksi” Özbəkistana ümumilikdə 40 min ədəd məişət istilik sistemləri radiatoru ixrac edəcək.
Fevralın 23-də iqtisadiyyat naziri Tapdıq Əliyev Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayevin iştirakı ilə rayonda sakinlərlə görüşüb. Görüşdə iştirak edənlər sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və xidmət sahələrinin yaradılması, istehlakçıların hüquqlarının müdafiəsi və digər məsələlərlə bağlı müraciət ediblər.
Fevralın 24-də Daşkənddə Özbəkistan-Azərbaycan birinci regionlararası forumu keçiriləcək.
Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov da iştirak edəcəklər.
Azərbaycan İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi cəmi 4394 ştat vahidindən (Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları istisna olmaqla) 4494-ə çatdırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.