Muxtar respublikada ailə təsərrüfatçılarına dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, onlar üçün lazımi şəraitin yaradılması, muxtar respublikanın satış obyektlərində ailə təsərrüfatı məhsulları üçün məxsusi yerlərin ayrılması, həmçinin artıq bir neçə ildir, “Ailə təsərrüfatı məhsulları” festivalının keçirilməsi bu sahədə mühüm nailiyyətlərin qazanılmasına şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin IV kurs tələbələrinin muxtar respublikanın iri sənaye müəssisələrindən olan “Cahan Pen” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal prosesinin xammaldan hazır məhsuladək bütün mərhələləri ilə əyani tanışlığı təşkil olunub.
Aprelin 4-də Düşənbədə Tacikistan-Azərbaycan İnvestisiya Forumu keçirilib. Forumda hər iki ölkədən enerji, kənd təsərrüfatı, qida sənayesi, İKT, maliyyə, turizm və əczaçılıq sahələrini təmsil edən 170-dən çox şirkət iştirak edib. Forumda iki ölkənin müvafiq qurumları arasında anlaşma memorandumları imzalanıb.
Aprelin 7-8-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Kətə” festivalı keçiriləcək.
Festivalda muxtar respublikanın rayonlarından və Naxçıvan şəhərindən 200-ə yaxın kətə hazırlayan ailə təsərrüfatçısı, o cümlədən digər təsərrüfat subyektləri iştirak edəcək.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak edib.
Qeyd edək ki, son illərdə paytaxtda modern üslubda tikilən hündürmərtəbəli binalar sırasına daha biri əlavə olunub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospektdə ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir.