Naxçıvanda kreditləşmə ilə bağlı mövcud vəziyyətə dair müzakirələr aparılıb

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun əməkdaşları Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Səfər çərçivəsində qonaqlar əvvəlcə Naxçıvan Biznes Mərkəzində sərgilənən yerli istehsal məhsulları ilə əyani tanış olublar. Məlumat verilib ki, mərkəzin sərgi salonunda muxtar respublikada fəaliyyət göstərən 55 sahibkarlıq subyektinin, 102 müəssisənin 171 adda 1330 çeşiddə məhsulları nümayiş olunur. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada sahibkarlığın bütün parametrlər üzrə inkişafı yerli istehsalın həcminin artmasına və xarici ticarət əlaqələrinin genişlənməsinə töhfə verib, ixracyönümlü məhsul istehsalına nail olunub. Hazırda muxtar respublikada 384 növdə məhsul istehsal edilir, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.

Ətraflı: Naxçıvanda kreditləşmə ilə bağlı...

Novruz yarmarkası - ANONS

Novruz bayramı ərəfəsində Naxçıvanda bayram yarmarkası təşkil olunacaq. Yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində əhalinin kənd təsərrüfatı məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaq, kənd təsərrüfatçıları üçün alternativ satış kanalı təşkil etməkdir.

Ətraflı: Novruz yarmarkası - ANONS 

İqtisadiyyat naziri qadınları təbrik etdi

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 8 Mart - Beynəlxalq Qadınlar bayramı münasibəti ilə tədbir keçirilib.Tədbirdə iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək bildirdiki,  Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq mübarizliyi ilə tanınıb. Onlar ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etməklə Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim əzmlə çalışırlar.

Ətraflı: İqtisadiyyat naziri qadınları təbrik...