Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Mayın 1-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsinə gül dəstələri qoyub və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Naxçıvan Biznes Mərkəzində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın dövlət müstəqilliyi və ərzi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilib.

Ətraflı: Ulu öndər Heydər Əliyevin 100 illik...

“Sahibkarlar Günü”nə həsr olunmuş konfransda Naxçıvan nümayəndə heyəti də iştirak edib

21 il bundan əvvəl – 2002-ci ilin 25 aprel tarixində Ulu Öndər Heydər Əliyev yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə görüşüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə 25 aprel tarixi artıq 8 ildir ki, ölkəmizdə "Sahibkarlar Günü" kimi qeyd olunur.  

Ətraflı: “Sahibkarlar Günü”nə həsr olunmuş...

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev Sumqayıt Kimya Sənaye Parkı ilə tanış olub

Aprelin 24-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev və nazirliyin əməkdaşları Sumqayıt Kimya Sənaye Parkında olublar. Görüş zamanı İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur, güzəşt mexanizmləri və xidmətlər barədə, eləcə də ölkədə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyəti, istehsal edilən məhsullar haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, sənaye parkında yerləşən bir çox müəssisənin istehsal etdiyi məhsullar "Made in Azerbaijan" brendi altında dünya bazarlarına çıxarılır.

Ətraflı: Naxçıvan Muxtar Respublikasının...

İSO Beynəlxalq İdarəetmə Standartları barədə söhbət aparılıb

Naxçıvanda ixrac potensiallı məhsul istehsal edən müsəssisələrin nümayəndələrinin iştirakı ilə "İSO Beynəlxalq İdarəetmə Standartları əsasında sertifikatlaşdırma, ixrac qabiliyyətli məhsulların əmtəə nişanlarının mühafizəsi və beynəlxalq sistem vasitəsi ilə qeydiyyatı" mövzularında maarifləndirici seminar keçirilib. 

Ətraflı: İSO Beynəlxalq İdarəetmə Standartları...