Azərbaycanın ümumi tərəqqisi regionlarımızın ahəngdar inkişafından, sosial-iqtisadi və mədəni həyatda əldə olunan nəticələrdən, bölgələrdə həyata keçirilən layihələrdən çox asılıdır. Təsadüfi deyil ki, muxtar respublikada da yeni müəssisələrin, o cümlədən turizm-istirahət məkanlarının açılışı, yeni obyektlərin təməlinin qoyulması diqqət mərkəzində saxlanılır.
Bu məqsədlə mayın 15-də Culfa rayonunun Ərəfsə kəndində “Aquamarine Fish House” ailəvi istirahət mərkəzi istifadəyə verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 16-da Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Ümummilli Liderin 100 illiyi ölkəmizdə və onun ayrılmaz bir parçası olan Naxçıvanda geniş qeyd olunur, Onun əziz xatirəsi ehtiramla yad edilir. Ulu Öndər Naxçıvana rəhbərlik etdiyi 1991-1993-cü illərdə Azərbaycanın milli dövlətçiliyinin bərpasının, müstəqil dövlət kimi formalaşmasının əsasını qoyub. Bu istiqamətdə çox mühüm və tarixi qərarlar qəbul edilib. Bu gün Ümummilli Liderimizin əsasını qoyduğu siyasi, iqtisadi inkişaf strategiyası ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
"Naxçıvanda geniş sənaye parkı salınacaq, yüzlərlə yeni iş yerləri açılacaq".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev “Çınqıllı bulaq” MMC-nin açılış tədbirində Naxçıvan televiziyasına müsahibəsi zamanı bildirib.
Muxtar respublikaya yerli və xarici investorların marağı günbəgün artır. Yeni cəlb edilən investisiyalar hesabına fəaliyyəti dayanan müəssisələr bərpa edilir, yeni istehsal sahələri fəaliyyətə başlayır. Şahbuz rayonunun Keçili kəndindəki “Çınqıllı” su istehsalı müəssisəsi də bu tədbirlər çərçivəsində fəaliyyətini daha müasir formada davam etdirəcək.
Mayın 10-da Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, dünyaşöhrətli siyasətçi, müdrik dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.