Sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətidir

25 aprel - Sahibkarlar Günüdür

Tarix sübut edir ki, müxtəlif dövrlərdə müəyyən səbəblərdən milli dövlətçiliyini və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən xalqlar çətin sınaq anında məsuliyyəti öz üzərinə götürmüş qətiyyətli liderlərinin sayəsində mövcudluqlarını qorumuş, çətinliklərə sinə gərmiş, milli ideya ətrafında birləşmişlər. Belə taleyüklü mərhələlərdə bir həqiqət də təsdiqini tapmışdır ki, hər bir dövlətin üzləşdiyi təhdidlərə qarşı əzmkar müqavimət göstərməsi, ilk növbədə, ona rəhbərlik edən siyasi liderin şəxsiyyətindən, idarəçilik səriştəsindən və qətiyyətindən asılıdır.

Ətraflı: Sahibkarlığın inkişafı iqtisadi...

Naxçıvanda “KOB Dostları” fəaliyyətə başlayıb

  Naxçıvan Muxtar Respublikasının Naxçıvan, Culfa, Şahbuz şəhərlərində və Sədərək rayonunda “KOB Dostları” fəaliyyətə başlayacaq. “KOB Dostları” Naxçıvan Muxtar Respublikasında yeni KOB-ların yaranmasına və mövcud biznesin inkişafına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maraqlarının müdafiəsinə dəstək göstərəcək. “KOB Dostu” ofisləri müvafiq şəhər və rayonlarla yanaşı, ətraf rayonların sahibkarlarına da xidmət edəcəkdir. 

Ətraflı: Naxçıvanda “KOB Dostları” fəaliyyətə...

Tələbələr Naxçıvan Biznes Mərkəzində olub

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin IV kurs tələbələri Naxçıvan Biznes Mərkəzində olublar. Tələbələrə mərkəzin fəaliyyət sahələri, muxtar respublikanın sosial- iqtisadi göstəriciləri və sosial infrastruktur obyektləri ilə bağlı göstəricilər, sərgi salonunda nümayiş olunan yerli istehsal məhsulları və istehsalçı şirkətlər haqqında ətraflı məlumat verilib.

Ətraflı: Tələbələr Naxçıvan Biznes Mərkəzində...