NUHÇIXAN xəbər verir ki, "PAŞA Bank"ın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvanda səfərdədir. Qonaqlar ulu öndərin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
Mayın 24-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Bakıda keçirilən 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgilərində iştirak edən Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin əməkdaşları, sahibkarlar və ailə təsərrüfatçıları ilə görüşüb.
Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva biznes forumu keçirilib. Dövlət başçıları biznes forumda çıxış ediblər.
Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin ilk 4 ayında büdcənin gəlirləri, ümumilikdə, 44 milyon 867 min manat proqnoza qarşı 55 milyon 878 min manat icra edilməklə proqnoza 124,5 faiz əməl olunub. Bu barədə Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov bildirib.
O, qeyd edib ki, bu məbləğ 2022-ci ilin analoji 4 ayı ilə müqayisədə 5 milyon 482 min manat çoxdur: “Yığılan vəsaitin 51 milyon 61 min manatı vergi orqanlarının xətti ilə, 3 milyon 188 min manatı yol vergisi şəklində büdcəyə daxil olub. Vergi orqanları ...
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Naxçıvan regional “ASAN xidmət” mərkəzinin açılış mərasimi baş tutub.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak ediblər.
Öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstəsi qoyulub.