İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilib. Görüşdə İqtisadiyyat Nazirliyinin əməkdaşı Aqibət Əliyev çıxışında hami təşkilat və universitet arasında mütəmadi görüşlərin gələcəkdə müvafiq sahələrdə çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələrinə öz töhfəsini verəcəyini qeyd edib.
Azərbaycan iqtisadiyyatının mühüm istiqamətlərindən biri də dövlət satınlamaları prosesidir. Ölkə başçısının rəhbərliyi ilə ölkəmizdə yeni iqtisadi şəraitdən irəli gələrək iqtisadi islahatların dərinləşdirilməsinin, dövlətin maliyyə resurslarından qənaətlə istifadə olunmasının, bu sahədə şəffaflığın və səmərəliliyin artırılmasının, dövlət satınalmalarının təşkilinin təkmilləşdirilməsinin, dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakının genişləndirilməsinin prioritet istiqamətlərdəndir.
Fevralın 17-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti eyni zamanda “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayev ilə Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalının artırılması, bu sahədə yeni təsərrüfatların yaradılması, mövcud fermer təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi məqsədilə müzakirələr aparıb.
Muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində tədbirlər davam etdirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sahibkarlığın İnkişaf Fondu tərəfindən göstərilən dövlət maliyyə dəstəyi hesabına sənaye və kənd təsərrüfatı üzrə daha 5 layihə maliyyələşdirilib. Sahibkarlara 66 min manat kredit ayrılıb.
Naxçıvan Biznes Mərkəzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşikatçılığı ilə dövlət satınalmalarının təşkili üzrə təlim-seminar keçirilir. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev açaraq keçiriləcək təlimlərin əhəmiyyətindən danışıb, əməyi keçənlərə təşəkkür edib, uğurlar arzulayıb.