İqtisadiyyat naziri Kəngərlidə sakinlərlə görüşüb

Yanvarın 17-də iqtisadiyyat naziri Tapdıq Əliyev Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərovun iştirakı ilə rayonda sakinlərlə görüşüb. Görüşdə iştirak edənlər sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və xidmət sahələrinin yaradılması, istehlakçıların hüquqlarının müdafiəsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Ətraflı: İqtisadiyyat naziri Kəngərlidə...

Ötən il Babək rayonunda 36 yeni istehsal sahəsi yaradılıb

Azərbaycanın davamlı iqtisadi inkişafının təmin edilməsində sahibkarlığın, xüsusilə kiçik və orta biznesin rolunun artırılması ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Milli iqtisadiyyatda özəl sektorun və bunun nəticəsində sahibkarlığın inkişaf etdirilməsi üçün indiyədək çoxsaylı Dövlət proqramları qəbul olunaraq icra edilib, hərtərəfli qanunvericilik bazasının yaradılması təmin olunub. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikasında da sahibkarlıq inkişaf etdirilib,  hər il yeni istehsal və emal sahələri fəaliyyətə başlayıb.

Ətraflı: Ötən il Babək rayonunda 36 yeni...

Muxtar respublikada yeni sənaye sahələri yaradılır

İqtisadiyyatın hərtərəfli inkişafını təmin etmək, yüksək texnologiyalar əsasında sənayenin davamlı inkişafına və şaxələndirilməsinə nail olmaq iqtisadi siyasətin əsas məqsədlərindən biridir. Son illər müasir dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini və innovativ istehsalın inkişaf etdirilməsini daha da sürətləndirib. 

Ətraflı: Muxtar respublikada yeni sənaye...

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yanvarın 10-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib.

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib:

1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi

3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

Ətraflı: Altıncı çağırış Naxçıvan Muxtar...