Gələn il sahibkarların iştirakı ilə Naxçıvanda böyük tədbir planlaşdırırıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasına təyin etdiyi səlahiyyətli nümayəndə Real TV-yə müsahibə verib.
Fuad Nəcəfli Naxçıvanla bağlı gələcək planlar haqqında danışıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana intensiv səfərləri, hər iki ölkənin dövlət başçılarının görüşləri zamanı əldə olunmuş razılıqların icrası istiqamətində aparılan işlərin davamı olaraq, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayev imzalayıblar.
İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların rəhbərləri və əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə nazir Mikayıl Cabbarov həyata keçirilən tədbirlər nəticəsində 2022-ci ildə də Azərbaycan iqtisadiyyatında dinamik inkişafın davam etdiyini vurğulayıb, əldə olunmuş nəticələrdə İqtisadiyyat Nazirliyinin əməkdaşlarının töhfəsini qeyd edib. İnsan kapitalının inkişafının, əməkdaşların bilik və bacarıqlarının artırılmasının önəmini vurğulayan iqtisadiyyat naziri bunun gələcək uğurların əsas şərtlərindən olduğunu və dövlət başçısının müəyyən etdiyi vəzifələrin icrası, qarşıya qoyduğu məqsədlərə nail olunması istiqamətində Nazirliyin hədəflərini diqqətə çatdırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gündən Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda bayram yarmarkasına start verilib. Təsərrüfatçılar heç bir rüsum ödəmədən yetişdirdiyi bol məhsulu rahat şəkildə satır, alıcılar isə keyfiyyətli yerli məhsulları daha ucuz əldə edirlər.