Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən Naxçıvan Universitetinin İdarəetmə fakultəsinin “Maliyyə” ixtisasının IV kursunda təhsil alan tələbələr noyabrın 24-də “Gəmiqaya Plastmas Kapsul və Qapaq” MMC-də istehsal prosesi ilə tanış olublar.
Muxtar respublikada 2022-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 446 milyon 943 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,6 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 5272,4 manat olmuşdur.
Şərur rayonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq seminar-müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə İcra Hakimiyyətinin əməkdaşı Miryasin Seyidov açaraq rayonda aqrar sahədə həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən, muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısından danışıb.
Yerli məhsulların xarici bazarlarda tanıdılması, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə Naxçıvan sahibkarları müxtəlif formatlı tədbirlərdə, o cümlədən mütəmadi olaraq beynəlxalq sərgilərdə iştirak edirlər. Növbəti dəfə yerli məhsullarımız 8-10 noyabr 2022-ci il tarixlərdə Dubay şəhərində keçirilən “İSM Middle East-2022” Beynəlxalq Şirniyyat Sərgisində nümayiş edilib.