Yeni quşçuluq kompleksi “Sənaye ili”nə öz töhfəsini verəcək

Kənd təsərrüfatının mühüm sahələrindən olan heyvandarlıqda əsas istiqamətlərdən birini quşçuluq təsərrüfatları təşkil edir. Yaşadığımız dövrün tələbləri də göstərir ki, quş əti və yumurta bütün ölkələrdə ən çox istehlak edilən ərzaq məhsullarıdır. Quş ətinin digər ev heyvanlarının əti ilə müqayisədə ucuz olması, yumurtanın çoxsaylı faydaları və hər kəs üçün əlçatanlığı bu məhsullardan istifadəni ildən-ilə daha da artırır. Təsadüfi deyil ki, muxtar respublikamızda da ənənəvi istehsal sahələrindən olan quşçuluq təsərrüfatları geniş yayılmış məşğuliyyət sahələrindəndir.

Ətraflı: Yeni quşçuluq kompleksi “Sənaye...

Sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilir

Bu gün muxtar respublikada dinamik inkişaf edən sahələrdən biri də iqtisadiyyatdır. Hər il qədim diyarda aparılan abadlıq-quruculuq işlərinin miqyasının genişlənməsi, yeni emal və istehsal sahələrinin fəaliyyətə başlaması, iş yerlərinin yaradılması, insanların sosial rifah halının yaxşılaşması Naxçıvanın güclü və dayanıqlı iqtisadiyyatından xəbər verir.

Ətraflı: Sahibkarlığın inkişafına dövlət...

Muxtar respublikanın şirkətləri “Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibi olub

“Caspian Energy Club”un (CEC) təşkilatçılığı və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi dəstəyi  ilə keçirilən milli müsabiqədə ölkənin 2022-ci ildə ən tanınan 50 brendi seçilərək mükafatlandırılıb. Oktyabrın 4-də keçirilən mükafatlandırma mərasimində qalib brendlər sertifikatla təltif olunub.

Ətraflı: Muxtar respublikanın şirkətləri...