Növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək

Noyabrın 4-5-6-sı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək. Festivalda muxtar respublikanın müxtəlif rayonlarından olan ailə təsərrüfatı sahiblərinin bərəkətli torpaqlarımızda ərsəyə gətirdiyi məhsulları əldə edəcək, əl işlərinin sərgi-satışı ilə tanış olacaqsınız.

Ətraflı: Növbəti “Ailə təsərrüfatı məhsulları”...

Soyuducu anbarlarda qış tədarükü görülür

Qış mövsümünə hazırlıqla bağlı görülən tədbirlərdən biri də ərzaq ehtiyatının yaradılmasıdır. Naxçıvan Muxtar Respublikasında bu vacib məsələyə ciddi diqqət verilir. Bu işdə soyuducu anbarların xüsusi əhəmiyyəti var. Tələbatdan artıq istehsal olunmuş məhsulların qış ehtiyatı kimi saxlanılması və satışının təşkili məhz həmin anbarlar vasitəsi ilə həyata keçirilir.

Ətraflı: Soyuducu anbarlarda qış tədarükü görülür

Sahibkarlarımızın əməkdaşlıq imkanları artır

12-15 oktyabr 2022-ci il tarixlərdə İstanbul şəhəri TÜYAP Sərgi  Mərkəzində “27-ci Avrasiya Beynəlxalq Paketləmə Sənayesi Sərgisi”  keçirilib. Paketləmə sektorunda son texnologiyaları tətbiq etməklə hazırlanmış yüksək keyfiyyətli çeşidlərin sərgilənməsi və xarici bazarlara inteqrasiya olunmaqla satış bazarının artırılması məqsədilə təşkil olunmuş sərgidə 125 ölkənin 1100-dən çox şirkəti iştirak edib.

Ətraflı: Sahibkarlarımızın əməkdaşlıq...

Sahibkarların kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi müzakirə olunub

 Oktyabrın 17-də Naxçıvan Biznes Mərkəzində muxtar respublikada sahibkarlığın inkişafına dəstək olan Sahibkarlığın İnkişafı Fondu, bank və kredit təşkilatlarının təşəbbüsü ilə görüş keçirilib. 
    Tədbirdə iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək muxtar respublikada həyata keçirilən məqsədyönlü və uğurlu islahatlar nəticəsində özəl bölmənin iqtisadiyyatın aparıcı qüvvəsinə çevrildiyini bildirib. Vurğulanıb ki, özəl sektorun dövlət dəstəyindən daha geniş istifadə etməsi müasir texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin yaradılmasına, real sektora investisiya qoyuluşlarının sürətlənməsinə əlverişli şərait yaradıb.

Ətraflı: Sahibkarların kredit resurslarına...