Cari ilin 8 ayı ərzində sənaye və kənd təsərrüfatı sahəsində mühüm tədbirlər həyata keçirilib

Muxtar respublikada sənaye məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etmək istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu cür tədbirlər Sənaye ili elan olunmuş 2022-ci ilin 8 ayı ərzində də  davam etdirilmişdir. Bəhs olunan dövrdə yerli xammala əsaslanan istehsal sahələrinin qurulması, keyfiyyətli və ixracyönümlü məhsul istehsalına nail olunması məqsədilə 117 istehsal və xidmət sahəsi istifadəyə verilmişdir.

Ətraflı: Cari ilin 8 ayı ərzində sənaye və...

Naxçıvan Dövlət Universiteti tələbələri ilə görüş keçirilib

25 iyun 2021-ci ildə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına əsasən 2022-2023-cü tədris ili üçün İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış və ali təhsil müəssisələri ilə qarşılıqlı təsdiq olunmuş tədris planına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat ixtisasında təhsil alan tələbələrlə növbəti görüş keçirilib.

Ətraflı: Naxçıvan Dövlət Universiteti...

Ailə təsərrüfatları dövlət dəstəyindən bəhrələnir

Muxtar respublikada ailə təsərrüfatları kənd təsərrüfatı ilə məşğul olanların əsas qolunu təşkil edir. Hər il  muxtar respublikada belə təsərrüfatlar yaradılır, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixracın həcmi yüksəlir. Bu tədbirlərin davamı olaraq  Kəngərli rayonunun Çalxanqala kəndində ailə təsərrüfatçısı dövlət maliyyə dəstəyi hesabına çaxır emalı sahəsini genişləndirib.

Ətraflı: Ailə təsərrüfatları dövlət...

Etibarlı ərzaq təhlükəsizliyinin təminatı muxtar respublikada strateji istiqamətlərdən birini təşkil edir

İlk dəfə 1974-cü ildə BMT Baş Assambleyasında gündəmə gələn “ərzaq təhlükəsizliyi” termini qlobal böhran və acların etirazları nəticəsində dünya gündəminin əsas məsələlərindən biri halına gələrək günümüzədək öz aktuallığını saxlayır. Qurum tərəfindən müəyyən edilmiş kriteriyalara görə ərzaq təhlükəsizliyi dedikdə elə situasiya nəzərdə tutulur ki, bütün insanlar istənilən vaxt aktiv və sağlam həyat tərzi sürə bilmək üçün kifayət qədər keyfiyyətli qidaya fiziki və iqtisadi çıxış imkanlarına malik olsunlar. Qlobal böhran ərəfəsində  – 2007-ci ildən başlayaraq dünyada ərzaq qiymətlərinin kəskin bahalaşması böyük dövlətlərin ərzaq təhlükəsizliyinə milli təhlükəsizlik kontekstində baxmağına imkan verdi, daha doğru desək, məcbur etdi.

Ətraflı: Etibarlı ərzaq təhlükəsizliyinin...