Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən Naxçıvan Universitetinin İdarəetmə fakultəsinin “Maliyyə” ixtisasının IV kursunda təhsil alan tələbələr “Ləzzət biskvit və şokolad fabriki” MMC-də istehsal prosesi ilə tanış olublar.
Noyabrın 30-da Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və “Founder Club”ın birgə təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strateji tərəfdaşlığı ilə Bakı şəhərində “İxracat və Ticarət Forumu-2022” (TEF-2022) təşkil olunub. Forumda dövlət rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin ticarət palatalarının nümayəndələri, müxtəlif sahədə fəaliyyət göstərən ixracat və idxalatla məşğul olan 200-dən çox sahibkar iştirak edib.
İqtisadiyyatın hərtərəfli inkişafını təmin etmək, yüksək texnologiyalar əsasında sənayenin davamlı inkişafına və şaxələndirilməsinə nail olmaq iqtisadi siyasətin əsas məqsədlərindən biridir. Ötən il sənaye sahəsinə 36 milyon manatdan çox investisiya yatırılmış, müasir tələblərə uyğun rəqabət qabiliyyətli sənayenin yaradılmasına yönəlmiş tədbirlər real nəticələr vermişdir.
Kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə mövcud problemlərin mütərəqqi həlli yollarının işlənib hazırlanması məqsədilə qəbul olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatını, əsasən, yerli istehsal hesabına ödənilməsini təmin edib.