“İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə iqtisadi və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi, habelə həmin ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiya təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi tapşırılıb.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov paytaxtın Nərimanov rayonunda yerləşən “Bakı KOB evi” barədə dövlətimizin başçısına məlumat verib.
Yanvar ayında keçiriləcək görüşün məqsədi Naxçıvan Muxtar Respublikasının potensialından tam olaraq istifadə etmək, mövcud iqtisadiyyatı daha da gücləndirmək, şəffaf, səmərəli iqtisadi sahənin formalaşmasını təmin etmək və bu iqtisadiyyatı ən yüksək səviyyəyə çatdırmaqdır. Bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev deyib.
2023-cü ilin gəlişi minlərlə muxtar respublika sakininin böyük coşğusu ilə qeyd edilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bayram şənliyinə gəlib, sakinlərlə görüşüb, səmimi təbriklərini çatdırıb.