Fevralın 8-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunda olub.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə dövlət qurumlarının təmsilçiləri və iş adamlarından ibarət nümayəndə heyətinin Naxçıvana səfəri çərçivəsində “Naxçıvanda sahibkarlığın inkişafı: çağırışlar və perspektivlər” mövzusunda görüş keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə dövlət qurumlarının təmsilçiləri və iş adamlarından ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilib.
Naxçıvanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlara dəstək müzakirə edilib.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
Babək rayonunun Vayxır kəndində kompleks quruculuq işləri aparılıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün həmin kənddə məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri istifadəyə verilib.
Babək rayonunun Vayxır kənd tam orta məktəbinin müəllim və şagird kollektivi qış tətilindən sonra tədrisi daha müasir şəraitdə davam etdirirlər. Kənd məktəbinin binası yenidənqurmadan sonra istifadəyə verilib.