Qarpız isti havaların ən sevimli məhsullarından sayılır. Ona görə də, bazarda qarpız çıxan kimi çoxumuz bu bostan məhsulundan alıb dadmaq istəyirik. Məhsulun vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil. Burada əsas diqqət yetirilməli məqam qarpızın yetişdirilməsində gübrələrdən və pestisidlərdən düzgün istifadə edilməsidir. Gübrə növləri və pestisidlər vaxtında və düzgün tətbiq edilməyəndə məhsulun böyüməsinə və məhsuldarlığına səmərəli təsir göstərmir.
“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” milli xalçaçılıq ənənələrinin qorunması, inkişaf etdirilməsi və əhalinin məşğulluğunun təmin edilməsində müstəsna rola malikdir.
Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “Sənaye ili” elan edilmiş 2022-ci ilin ilk yarım ilində də davam etdirilmişdir. Cari ilin yanvar-iyun aylarında inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 1 milyard 363 milyon manatdan artıq olmuşdur ki, bu da bir il öncəki göstəricidən 2,2 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 2942,8 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,2 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 57,9 faiz təşkil etmişdir.
Muxtar respublikada da iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri qadınların sosial-iqtisadi həyatda rolunun, iqtisadi fəallığının artırılmasıdır. Hazırda qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışır və uğurları ilə bu sahəyə töhfə verirlər. Onların işgüzar fəallığının daha da artırılması üçün stimullaşdırıcı və təşviqedici tədbirlər görülür. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün treninqlərin təşkili, biznes sahələri yaratması üçün güzəştli kreditlərin verilməsi, evdar qadınların sahibkarlığa cəlb olunması bu tədbirlərdəndir.
Muxtar respublikada əhalinin keyfiyyətli meyvə-tərəvəz məhsulları ilə təmin olunmasında soyuducu anbarların mühüm rolu var. Çünki bu anbarların gücündən tam istifadə olunmaqla bazarda bolluq yaradılır, ilin bütün fəsillərində davamlı olaraq daxili bazarı ekoloji cəhətdən sağlam meyvə-tərəvəzlə təmin edilir. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə iyulun 15-dən başlayaraq meyvə-tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı üzrə soyuducu anbarlara məhsul qəbuluna başlanılıb.