Muxtar respublikada meyvə və tərəvəz məhsullarının soyuducu anbarlara tədarükü ilə bağlı ELAN

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi   muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırır ki, tələbatdan artıq istehsal etdikləri meyvə və tərəvəz məhsullarını soyuducu anbarlara sata və ya icarə əsasında saxlaya bilərlər. Məhsulların tədarükünə 15 iyul 2022-ci il tarixdən başlanılacaq və dəyəri “Nаxçıvаn Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyi” və “Araz-3” MMC tərəfindən nəğd formada ödənilməklə aşağıdakı qiymətlərlə qəbul olunacaqdır:

Ətraflı: Muxtar respublikada meyvə və tərəvəz...

Naxçıvanda Birinci Beynəlxalq Tibbi Forumun açılışı olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2022-ci il  iyunun 10-da “Naxçıvan Muxtar Respublikasında Birinci Beynəlxalq Tibbi Forumun keçirilməsi haqqında” Sərəncam imzalamış, forumun keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır.

İyunun 18-də Naxçıvan Dövlət Milli Dram Teatrında Birinci Beynəlxalq Tibbi Forumun açılış tədbiri keçirilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov forumun açılışında iştirak etmişdir.

Ətraflı: Naxçıvanda Birinci Beynəlxalq Tibbi...

Xarici ticarət əlaqələrinin həcmi genişləndirilir

Bu gün beynəlxalq aləmdə ən çox diqqət edilən məsələlərdən biri xarici əməkdaşlıqda ticarət əlaqələrinin həcminin genişləndirilməsidir. Belə ki, həmin əlaqələr bir ölkənin dünya bazarındakı yerinin müəyyənləşdirilməsindən tutmuş qlobal iqtisadi məkana inteqrasiyasına qədər böyük rol oynayır. Eyni zamanda xarici iqtisadi əməkdaşlıq dostluq əlaqələrinin nəticəsi kimi də diqqət çəkir. Buna görə də müasir dövrdə dünya ölkələri öz əhalisinin ümumi rifah halını yüksəltmək üçün beynəlxalq əmək bölgüsünün üstünlüklərindən maksimum yararlanmağa, bunun üçün xarici iqtisadi əlaqələrin yaradılmasına çalışırlar.

Ətraflı: Xarici  ticarət əlaqələrinin həcmi...

Naxçıvan Avtomobil Zavodunda elektromobillər istehsal olunacaq

Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması məqsədilə 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilib. Bu istiqamətdə həyata keçirilən uğurlu layihələrdən biri də Naxçıvana elektromobillərin gətirilməsi və Naxçıvan Avtomobil Zavodunda onların istehsal şəraitinin yaradılması istiqamətində atılan addımlardır.

Ətraflı: Naxçıvan Avtomobil Zavodunda...