İyulun 7-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir: Muxtar respublikada ərzaq təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verib. Muxtar respublikada əsas kənd təsərrüfatı məhsullarına olan tələbat tamamilə, taxıla olan tələbat isə əsasən yerli istehsal hesabına ödənilir. Bu gün taxıla olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Muxtar respublikada sahibkarlığın inkişafı, yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması əhalinin rifah halının yüksəlməsinə, yaşayış səviyyəsinin daha da yaxşılaşmasına səbəb olmuşdur. 2022-ci ilin yanvar-iyun ayları ərzində bu istiqamətdə tədbirlər davam etdirilərək iqtisаdiyyаtın bütün sаhələri üzrə dövlət mаliyyə dəstəyi və özəl investisiya hesabına 90 istehsal və xidmət sahəsinin yaradılması başa çatdırılmış, 64 sahənin yaradılması davam etdirilmişdir.
Meyvəçilik tarixən Naxçıvanda əhalinin əsas məşğuliyyət sahələrindən olub. Bu regionun iqlimi, torpaqların münbitliyi meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi üçün münbit zəmin yaradıb. Son illərdə muxtar respublikamızda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər isə bu sahədə də böyük uğurların qazanılmasına geniş imkanlar açıb. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın mühüm rolu vardır. Proqramın icrası çərçivəsində təkcə elə 2021-ci ildə 145,6 hektar sahədə meyvə bağı salınıb.
2022-ci ilin “Sənaye ili” elan olunması bu sahədə işləri daha da sürətləndirmiş cari ilin yanvar-may ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən polietilen məmulatlarının, salfet, araq, çaxır, mebel, plastik qapı-pəncərə, çörək, dondurma, kənd təsərrüfatı avadanlıqları və digər istehsal sahələri olmaqla, ümumilikdə 11 layihəyə 4 milyon 743 min 500 manat kredit verilmişdir.
Cari ildə rayonda 78 hektarda qarğıdalı, 30 hektar sahədə günəbaxan əkilib
Sənaye müasir iqtisadiyyatın əsasını təşkil edir desək, yəqin ki, yanılmarıq. Çünki elə bir dövrdə yaşayırıq ki, bir çox sahələr üzrə məhsulların hazır vəziyyətə gətirilməsi sənaye istehsalına əsaslanır. Bu sahəyə kənd təsərrüfatı məhsullarını da əlavə edə bilərik. Xüsusilə kənd təsərrüfatı məhsullarının emal sənayesinə cəlb olunması müasir dövrün tələblərindən birinə çevrilib.