Naxçıvan şəhərində yeni istehsal müəsissəsi fəaliyyətə başlayıb. “Saf Metal” MMC adı ilə fəaliyyət göstərən müəsissədə inşaat və kənd təsərrüfatında istifadə olunan əl arabaları istehsal olunur.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2022-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunub. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizi, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə hərtərəfli şərait yaradır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən birgə hazırlanan “Ailə təsərrüfatları kataloqu”nun təqdimat mərasimində muxtar respublikada iaşə xidməti göstərən kafe-restoranların nümayəndələri iştirak edib. Tədbirdə çıxış edənlər ailə təsərrüfatlarına göstərilən dövlət dəstəyindən, kataloqda yerləşdirilən ailə təsərrüfatçılarının tam təbii və keyfiyyətlə hazırladıqları məhsullardan ətraflı bəhs ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlılığını təmin edib, bu sahədə yeni sosial layihələrin icrasına hərtərəfli şərait yaradıb.Proqramın icrasına uyğun olaraq, muxtar respublikada sosial qayğıya ehtiyacı olan аilələrin аktiv əməyə cəlb еdilməsi, məşğulluğunun təmin оlunmаsı daim diqqət mərkəzində saxlanılır.