Naxçıvan Muxtar Respublikasında yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili barədə maarifləndirici tədbir keçirilib

İqtisadiyyat Nazirliyində Naxçıvan Muxtar Respublikasında yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili məqsədilə maarifləndirici görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin təbliğat üzrə baş inspektoru, polis kapitanı Ayaz İsmayılov piyada keçidlərinin qurulmasında 3D formatından istifadə edildiyini qeyd edərək  bu cür keçidlərin hərəkət iştirakçılarının avtomobil yollarında daha rahat və təhlükəsiz istifadəsinə xidmət etdiyini vurğulayıb. 

Ətraflı: Naxçıvan Muxtar Respublikasında yol...

Naxçıvanda “STEAM təhsil festivalı” keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il iyunun 7-də “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncamda Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzinin yaradılması, ümumtəhsil məktəblərində STEAM kabinələrinin qurulması və “STEAM təhsil festivalı”nın keçirilməsi nəzərdə tutulmuşdur.

İyunun 11-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “STEAM təhsil festivalı” keçirilmişdir.

 

Ətraflı: Naxçıvanda “STEAM təhsil festivalı”...

2022-ci ilin yanvar-aprel ayları ərzində sahibkarlara dəstək tədbirləri davam etdirilib

2022-ci ilin yanvar-aprel ayları ərzində yerli xammal ehtiyatlarından səmərəli istifadə etməklə idxaldan asılılığın minimuma endirilməsi, o cümlədən yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılması məqsədilə 67 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 50 sahənin yaradılması istiqamətində işlər davam etdirilmişdir.

Ətraflı: 2022-ci ilin yanvar-aprel ayları...

Culfa rayonunda özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlılığını təmin edib, bu sahədə yeni sosial layihələrin icrasına hərtərəfli şərait yaradıb.

Ətraflı: Culfa rayonunda özünüməşğulluq...

Mərkəzi Qida Sınaq Laboratoriyasının beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilir

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən Mərkəzi Qida Sınaq Laboratoriyası mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir. Aparılan sınaq nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə laboratoriya beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir.

Ətraflı: Mərkəzi Qida Sınaq Laboratoriyasının...