Naxçıvan, 28 yanvar, AZƏRTAC
Muxtar respublikada iqtisadiyyatın bütün sahələrində müşahidə olunan inkişaf meyilləri istehlakçıların hüquqlarının qorunması sahəsində də səylərin artırılmasını tələb edir. Ona görə də bu sahədə mühüm addımlar atılır, daxili bazarın keyfiyyətli məhsullarla təminatına ciddi diqqət yetirilir.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, aqrar sahədə elektron xidmətlərin tətbiqi və elektron informasiya sisteminin yaradılması məqsədilə qərara alıram:
Naxçıvan Muxtar Respublikasında qış aylarında daxili bazarın keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə tam təminatında istixana kompleksləri əvəzsiz rol oynayır. Hazırda Naxçıvan şəhəri, Şərur, Babək, Culfa, Kəngərli, Ordubad rayonlarında olmaqla, regionun müxtəlif bölgələrində 156 kvadratmetr sahədə 36 istixana təsərrüfatı fəaliyyət göstərir.
Muxtar respublikada iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar 2021-ci ildə də qorunub saxlanılmış, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilmişdir.
Muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin olunmasında mühüm sahələrdən biri də sənayedir. 2021-ci ildə də bu sahədə həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmışdır.