Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlmişdir.
Ali Məclisin Sədri xiyabandakı Ana abidəsinin önünə əklil qoymuş, şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir.
Sonra Dövlət Himni səslənmişdir.
2021-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturunun və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan nazir Tapdıq Əliyev sənayeləşmə sahəsindəki uğurlardan bəhs edərək vurğulayıb ki, keçən il muxtar respublikada iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixracqabiliyyətli məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində tədbirlər görülüb, 120 istehsal və xidmət sahəsi istifadəyə verilib. 61 layihənin icrası isə davam etdirilir.
Çərçiboğan kəndində əhalinin rahatlığının təmin olunması istiqamətində görülən kompleks tədbirlər çərçivəsində yeni xidmət mərkəzi də tikilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib.
Sakinlərin rahatlığına xidmət edən quruculuq tədbirləri çərçivəsində abadlaşan Çərçiboğan kəndinin avtomobil yolu da yenidən qurulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yanvarın 14-də Çərçiboğan kənd mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.