NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gündən Naxçıvan şəhərindəki mərkəzi bazarda kənd təsərrüfatı məhsullarının satışı yarmarkası başlayıb.
Hər il olduğu kimi, bu il də Yeni il bayramı ərəfəsində Naxçıvan şəhərinin Xətai məhəlləsindəki mərkəzi bazarda təşkil olunan kənd təsərrüfatı məhsullarının satışı yarmarkasında əhalinin bütün növ ərzaq məhsullarına tələbatının ödənilməsi üçün ucuz qiymətə pərakəndə ticarət xidmətləri təşkil olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vələver kəndində xidmət mərkəzinin də açılışını edib.
Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları və anbar yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılıb, 5 nəfər işlə təmin olunub.
Ali Məclisin Sədri yerli istehsal məhsullarının satışına üstünlük verilməsi barədə tapşırıqlar verib.
Vələver kəndində həyata keçirilən quruculuq işləri çərçivəsində kənd avtomobil yolu da yenidən qurulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dekabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dekabrın 23-də Vələver kənd mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 18 ildə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb, makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ciddi uğurlar qazanılıb. Bu dövrdə muxtar respublika da hərtərəfli inkişaf edib, ümumi daxili məhsul 16 dəfə, sənaye məhsulu 56 dəfə, əsas kapitala yönəldilən vəsaitlərin həcmi 15 dəfə, əhali gəlirləri 10 dəfə artıb. Artıq başa çatmaqda olan 2021-ci il də muxtar respublikada quruculuq və sosial-iqtisadi inkişaf ili kimi səciyyələnir.